Bia.Az

“Xankəndində əməliyyat keçirilməsi elə bir ciddi problem deyil” - deputat

Siyasət
 27-09-2022, 13:53     184

“Xankəndində əməliyyat keçirilməsi elə bir ciddi problem deyil. Məlumdur ki, hər tərəfdə Azərbaycan Ordusu möhkəmlənib. Bu əməliyyat keçirmək elə də böyük çətinlik törətmir. Lakin bu gün əsas məqsədimiz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, sərhədlərin delimitasiya və demarkasiyasıdır. Bundan sonra artıq Azərbaycan öz ərazisində istənilən anti-terror əməliyyatı keçirə bilər, danışıqlara da getmək olar. Əsas məqam nədir? Azərbaycan Konstitusiyasını qəbul etmək istəməyən və hər hansı bir cinayət işində keçən şəxslər Azərbaycan qanunlarına uyğun cavab verməlidirlər”.

BİA.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, ermənilər gələcəkdə Qarabağda yaşamağı arzulayırlarsa, Azərbaycanın Konstitusiyasına tabe olmalıdırlar: “Bu, artıq ikinci bir məsələdir. Ali Baş Komandan dəfələrlə qeyd edib ki, biz nəyi nə vaxt edəcəyimizi bilirik və bu istiqamətdə də müvafiq addımlar atılacaq. Son keçirilən əməliyyatlar da onu göstərdi ki, bu gün əsas diqqət Azərbaycan sərhədidir. Eyni zamanda Qarabağ ərazisində əməliyyat şəraitinə nəzarəti diqqətdə saxlamaqdır”.
скачать dle 12.1