Bia.Az

Əli silahlı gəlmişdilər, indi arabada "sülh göyərçin"i uçurururlar - FOTO

Siyasət
 27-09-2022, 12:00     231

2 il əvvəl sentyabrın 27-də Azərbaycan Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlara cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatlarına başladı. Nəticədə 30 ilə yaxın müddətdə işğal altında saxlanılan tarixi və əzəli torpaqlarımız azad olundu, İrəvan rəhbəri isə kapitulyasiya aktına qol qoydu.
Bu gün müharibənin başlanmasının növbəti ildönümümündə isə Ermənistan mediası qəmli notlara köklənən məqalələr, xəbərlər dərc edir. Maraqlıdır ki, 2 il əvvələ qədər "yenilməz" ordu kimi təqdim edilən Ermənistan silahlı qüvvələri indi erməni KİV-ində general və keçmiş nazirlərin həbsləri, yeni fərarilik faktları, Şuşada uğursuz əməliyyatlar və s. neqativ məlumatlarla yad edilir.

Erməni jurnalistlər qəhrəman hərbçilərimizin yarımcan etdikləri işğalçı erməni döyüşçülərini də unutmurlar. Amma indi onları əlləri qanlı şəkildə deyil, guya sülh carçıları kimi təqdim edirlər. İki il əvvələ kimi əlində silah tutan həmin müharibə əlilləri bu gün havaya sülhün rəmzi olan ağ göyərçinlər buraxıblar. "Mamul" nəşri bu hadisə ilə bağlı yazıb:
"İrəvan Dövlət Universitetinin rektoru Armen Muradyanın təqdim etdiyi bu foto ilə bağlı qeyd edib ki, bu, 44 günlük müharibədən 2 il sonra yaşanıb.

Düz 2 il əvvəl bu uşaqlar əllərində silah döyüşəndə bütün Ermənistan onlara dua edirdi. Bu gün onlar "əsgər evi"ndən səmaya sülh göyərçinləri buraxırlar ki, sərhədlərimiz sabit olsun, bu əlillərin qardaşları, sərhəddə duran oğlanlarımız sarsılmaz qalsınlar".

AzVision.az
скачать dle 12.1