Bia.Az

Putinin bu addımı müharibənin gedişatına təsir etməyəcək

Siyasət
 26-09-2022, 15:52     59

Rusiya prezidenti Vladimir Putinin elan etdiyi qismən səfərbərlik müharibənin gedişatına təsir etməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-da yerləşən Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitik rəyi bu yöndədir.
İnstitutun ekspertlərinin fikrincə, Putinin rusları səfərbər etmək səylərinə xələl gətirən problemlər o qədər dərin və fundamentaldır ki, onları yaxın aylarda, bəlkə də illərdə həll etmək mümkün deyil.

"Bu səfərbərlik 2022-ci ildə müharibənin gedişatına təsir etməyəcək və çox güman ki, Rusiyanın 2023-cü ildə hazırkı üstünlüyü qoruyub saxlamaq qabiliyyətinə dramatik təsir göstərməyəcək. Rusiya Federasiyasında səfərbərlik prosesi eybəcər hala gələcək, ehtiyatdan gələnlərin keyfiyyəti aşağı düşəcək və onların döyüşmək motivasiyası yəqin ki, daha da pis olacaq", - deyə ISW hesabatında deyilir.скачать dle 12.1