Bia.Az

BU NƏDİ BELƏ: Vardanyan Qarabağı idarə etməyə başladı... - ZİBİLƏ DÜŞMÜŞÜK...

Siyasət
 24-09-2022, 17:40     183

Guya Rusiya vətəndaşlığından imtina edərək qanunsuz şəkildə Azərbaycanın Qarabağ iqtisadi(!) rayonununa gəlmiş Ruben Vardanyan Xankəndinin meri David Sarkisyan ilə görüşüb.

BİA.AZ moderator.az-a istinadla xəbər verir ki, separatçı erməni nəşrlərinin yaydığı məlumata görə, bu barədə Ruben Vardanyan öz "Facebook" səhifəsində yazıb.

"Ruben Vardanyanla Xankəndinin meri arasında keçirilən görüşdə paytaxtın inkişafı və prioritet problemləri müzakirə olunub"- xəbərdə belə deyilir.

Əyanilik üçün Rusiya milyarderinin postunun tərcüməsini olduğu kimi, nəzərinizə çatdırırıq.

“Biz Stepanakertin meri David Sarkisyanla artsax respublikası paytaxtının inkişafı, infrastrukturun yaxşılaşdırılması, həll edilməli olan prioritet vəzifələr və mümkün əməkdaşlıq haqqında danışdıq. Şəhərin prioritet məsələlərindən danışan mer uşaq bağçalarının artırılması məsələsini də diqqətə çatdırıb. Belə bir “problemin” olması məni həqiqətən də sevindirir. Bu o deməkdir ki, müharibədən sonrakı çətinliklər burada yaşayan insanları məyus etmir və onlar öz gələcəklərini doğma şəhərlərində görməkdə davam edirlər”, - deyə Rusiya prezidenti V.Putinin "çirkli" pullarını yumaqda adı hallanan postunda bildirib.
скачать dle 12.1