Bia.Az

“Rusları səfərbərlikdən yalnız Putinin devrilməsi xilas edə bilər” – Piontkovski

Siyasət
 24-09-2022, 12:05     197

“Rusiya Federasiyasında səfərbərlik elan ediləndən sonra milyonlarla rusiyalını mənasız ölümdən yalnız Putinin hakimiyyətdən devrilməsi xilas edə bilər”.


“AzPolitika.info” xəbər verir ki, bunu məşhur politoloq və publisist Andrey Piontkovski deyib.


Politoloq hesab edir ki, indi Putinin hakimiyyətdən uzaqlaşdırılması ssenarisi heç vaxt olmamış qədər realdır: “Putinin hakimiyyətdən devrilməsi onun hakimiyyətdə olduğu 22 il ərzində ilk dəfə bu qədər realdır”.


Piontkovski bildirib ki, Rusiya xalqı özünü qorumaq naminə radikal addımlara getməlidir.скачать dle 12.1