Bia.Az

Sülh danışıqlarının getdiyi bir zamanda Paşinyanın "təbrik məktubu" təxribatdır - HƏQİQƏTƏN DƏ...

Siyasət
 3-09-2022, 14:09     178

Ermənistan Baş naziri Nikol Paşinyanın Qarabağdakı erməni terrorçularının “müstəqilliyini” elan etdikləri gün münasibəti ilə təbrik məktubu yayılıb. Paşinyanın məktubunda qeyd olunub ki, 1991-ci il sentyabrın 2-də qəbul edilmiş bu qərar “Bakıda, Sumqayıtda, Gəncədə törədilən qırğınların təzahürü olan “ekzistensial təhlükəyə” cavab idi. Baş nazir bildirib ki, qondarma rejimin yaradılması qərarı "Artsax" ermənilərinin "təhlükəsizliyinin və hüquqlarının müdafiəsi" üçün təminat kimi qəbul edilib. Təbrik məktubunda Paşinyan Birinci Qarabağ savaşı, Aprel savaşı və nəhayət, 44 günlük müharibəni də xatırladıb. Baş nazir ermənilərin hələ də “Dağlıq Qarabağ”da yaşamasına diqqət çəkib.

BİA.AZ-ın məlumatına görə, Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli "Şərq"ə bildirib ki, çox güman Baş nazir Nikol Paşinyan da bu məktubun heç bir əhəmiyyət daşımadığını gözəl anlayır. Partiya rəsmisinin sözlərinə görə, erməni baş nazirin "təbrik məktubu" daxili auditoriyaya hesablanmış addımdır:

"Məktubda xüsusi qeyd olunur ki, guya, Bakı, Sumqayıt və Gəncədə ermənilərə qarşı "qırğınlar" baş verib. Paşinyan "müstəqillik" qərarının bu "qırğınlara" cavab olaraq alındığını iddia edərək bir növ qondarma rejimə haqq qazandırmağa çalışır. Bunların hamısı uydurma olsa da, görünən odur ki, erməni tərəfi bu nüansdan hələ çox istifadə edəcək. Məqsəd Qarabağdakı erməni terrorçularına bəraət qazandırmaq və diplomatik danışıqlar masasına "rəsmi tərəf" kimi əyləşdirməkdir. Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getdiyi, müəyyən addımların atıldığı bir zamanda Paşinyanın məktubu və oradakı ifadələr açıq-aşkar təxribatdır.
Məncə, İrəvanı növbəti dəfə ifşa etməliyik. Beynəlxalq təşkilatlara, Qərb ölkələrinə çatdırmalıyıq ki, Ermənistan sözdə razılaşmalara əməl edəcəyini desə də, əməldə başqa cür davranır. Heç bir "Artsax"dan, "müstəqillikdən" söhbət gedə bilməz.
Qarabağ Azərbaycanın tərkib hissəsidir və orada yaşayan, terrora bulaşmamış mülki ermənilər də Azərbaycan vətəndaşlarıdır".
скачать dle 12.1