Bia.Az

Ukrayna Ordusunun real əks-hücumu haradan olacaq? - Hərbi ekspert proqnoz edib

Siyasət
 1-09-2022, 01:25     315

Ukrayna silahlı qüvvələri (USQ) Xerson vilayətində düşmən qruplaşmasını hətta döyüş əməliyyatlarının sonuna qədər tam dəyərli hücum olmadan da «üyüdə» bilər. Real əks-hücum isə başqa yerdən olacaq. Hazırda cəbhənin 6 hissəsi var ki, orada əks-hücum təşkil etmək olar.

Bu fikri USQ keçmiş pilotu və hərbi ekspert Roman Svitan jurnalist Yuliya Latınina («Exo Moskvı» radiosunun keçmiş aparıcısıdır ki, bir neçə il bundan əvvəl birbaşa efirdən demişdi: «Ermənistan it quyruğu kimi, Rusiyanın arxasınca sürünür») ilə müsahibəsində bölüşüb.
«Ardınca, maraqlı hadisələr olacaq - artıq şəbəkə-mərkəzçi müharibənin elementləri. Başlıca zərbənin istiqaməti, realda - bu, Xerson olmayacaq. Bax, bütün bu sağsahil qruplaşması, onu satışda olan pomidor kimi saxlamaq olar. Onu Ukraynanın qələbəsinə qədər bütün müharibə boyunca saxlamaq olar, hər tərəfdən «su çiləmək» - və o, real olaraq, bütün tərəflərdən orada atəşlə «sulanar» - və sadəcə olaraq, onu sonuncu rusiyalıya qədər məhv edəcəklər» - Svitan bəyan edib.
Ekspertin sözlərinə görə, əgər Rusiya fəaliyyətdə olan piyada keçidləri üzərindən cənuba əlavə qüvvələr tullasa, o zaman onları da məhv edəcəklər. «Zalujnının aşbazı» kafirləri cənub qazanında yandıracaq, ehtiyatda olan polkovnik hesab edir. Ardınca isə Svitan danışıb ki, USQ əsas zərbəni harada vura bilər.
«Mən, belə başa düşürəm ki, minimum 5-6 istiqamət var ki, orada real olaraq, hücum inkişaf edər. Bu, həm Xarkov olar - əgər şimaldan başlansa. Cəbhənin Xarkovdan 40 kilometr kənarlaşdırılması - ən azı Rusiya sərhədinə qədər. Eynilə Köhnə Saptova ətrafından Kupyanska çıxış və İzyum qruplaşmasının mühasirəsi məsələsi gündəmdən çıxmayıb. Üçüncüsü - bu, sadəcə qərbdən İzyuma hücumdur. Çətin ki, bizim ordu hissələrinin Baxmut rayonunda hansısa hücumu olsun - yox, hələ heç bir mənası yoxdur. Amma tutaq ki, Donetskə cənubdan hücum etmək çox realdır, çünki Donetskə girmək hətta indi əldə olan qruplarla girmək - bu, hətta «zirehsiz» belə, çətinlik törətməz»- Svitan əlavə edib.
USQ-nin əks-hücumu üçün daha iki potensial istiqamət - Volnovaxa və Qulyaypolya ilə Orexova. Ekspertin fikrincə, bu yaşayış məntəqələri rayonlarında yaxşı pladstarmlar var.//AzPolitika.info//скачать dle 12.1