Bia.Az

"Kaş Duqinanın atası, Marqarita Simonyanla əri də maşında olaydı" - Sarkisyan (VİDEO)

Siyasət
 29-08-2022, 17:53     1 307

“Darya Duqinanın ölümünə şadam, atasının da onunla birlikdə ölmədiyinə kədərlənirəm”.

Konkret.az xəbər verir ki, bu biabırçı sözləri Faktor TV-nin efirində çıxış edən erməni politoloq Karen Sarkisyan deyib. O, Darya Duqinanaın ölümünə sevindiyini bildirib.

“Yeri cəhənnəm olsun”, – deyə Sarkisyan nifrətini gizlətməyib.

“Başa düşmürəm ki, guya Duqinə rəğbət bəslədiyimizi iddia etmək nəyə lazımdır. Söhbət rəğbət bəsləməməyimdən getmir, bu hadisəyə ürəkdən sevinirəm. Çünki boz qurdlar türk-rus birliyinin ağır itki verdiyindən ağlamağa, danışmağa başlayırlarsa, mən buna ürəkdən sevinirəm.
Mən yalnız Duqinin özü bu maşında olmadığına görə təəssüflənirəm. Ümumiyyətlə, bu nə ikiüzlülükdür – özünü Duqinə rəğbət bəsləmiş kimi göstərmək?

Atası mənim düşmənim olan, Azərbaycanı tam dəstəkləyən, onilliklər boyu anti-erməni ritorikası danışan bir adamı öldürmələrinə niyə rəğbət bəsləməliyəm? Niyə həqiqəti danışarkən özümü pis hiss etməliyəm?

Onun öldüyünə çox şadam. Atasının ölməməsinə çox üzülürəm. Mən ürəkdən təəssüflənirəm ki, Marqarita Simonyan və onun əri bir maşında oturmayıblar”, – Sarkisyan Ermənistan televiziyasının efirində heç bir xəcalət çəkmədən deyib.

Erməni sosioloqunun bu qeyri-insani bəyanatlarına Rusiyanın Ermənistandakı səfirliyinin reaksiyası hələ də davam etməyib. Lakin bu, Sarkisyanın çıxışının diqqətdən kənarda qalması demək deyil. Yəqin ki, bununla bağlı müəyyən ölçülər mütləq götürüləcək.
Qeyd edək ki, sosioloq və politoloq Karen Sarkisyan tez-tez Rusiya əleyhinə televiziya proqramlarının qonağı olur.


 

скачать dle 12.1