Bia.Az

Azərbaycan Fransa və ABŞ-a NOTA VERMƏLİDİR - Bakıdakı səfirlərinin YEKƏBAŞLIQLARINA GÖRƏ...

Siyasət
 27-08-2022, 14:36     188

Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər.

BİA.AZ xəbər verir ki, bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik.

“Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi 30 il ərzində münaqişəyə töhfə verməyib. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər", - deyə H.Hacıyev əlavə edib.
скачать dle 12.1