Bia.Az

"Hakim partiyada hansı daxili münaqişələr var?" - GÜNÜN SUALI

Siyasət
 18-08-2022, 01:33     225

“Baş nazirin keçmiş müavini Tiqran Avinyanın faciənin episentrinə gedib Ermənistanda hakim “Mülki Müqavilə” partiyasından İrəvan meri vəzifəsinə namizədliyini irəli sürdüyünü elan etməsi təsadüf deyil”.

BİA.AZ musavat.com-a istinadən xəbər verir ki, bu barədə keçmiş deputat, müxalif siyasətçi Artur Kazinyan öz Facebook səhifəsində yazıb.

“Bu açıqlamanın İrəvan Ağsaqqallar şurasına seçkilər ərəfəsində (2023-cü ilin sentyabrı) verilməsi diqqət çəkir. Siyasi, mənəvi və insani baxımdan bu, iyrəncdir, qəbuledilməzdir və siyasi ölümə bərabərdir, çünki faciə fonunda bu piar heç vaxt unudulmayacaq. Hər fürsətdə ona bunu xatırladacaqlar”,-deyə o bildirib.

“Hakim partiyada hansı daxili münaqişələr var? Sürməli ticarət mərkəzində baş verən partlayışın alovu və tüstüsü altında hansı meqa maraqlar toqquşub? Bu suallara cavabların kökləri 2018-ci ildə hakimiyyət dəyişikliyi hadisələrinə gedib çıxır”, - deyə Kazinyan yazıb.

Qeyd edək ki, T.Avinyan bu il avqustun 14-də 16 nəfərin həyatına son qoyan partlayışın baş verdiyi Sürməli ticarət mərkəzinə baş çəkib və özünü “hakim partiya tərəfindən irəli sürülən merliyə namizəd” kimi təqdim edib.
скачать dle 12.1