Bia.Az

Şərəfini itirmiş iranlı siyasi şərhçidən növbəti TƏHQİR - Azərbaycanı “yaşıl ləkə” adlandırdı

Siyasət
 5-08-2022, 13:59     42

İranlı siyasi şərhçi Azərbaycanı “yaşıl ləkə” adlandırıb.

BİA.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bu təhqir İranın kəskin anti-Azərbaycan çıxışları və yazıları ilə tanınan Qafqaz üzrə “eksperti” Salar Seyfəddini tərəfindən edilib. O, şəxsi “Twitter” səhifəsində Azərbaycanın yaşıl, İranın isə narıncı rənglə göstərildiyi xəritəni paylaşıb.

Azərbaycana qarşı hörmətsizlik edərək onu xəritədə “yaşıl ləkə” adlandıran “siyasi şərhçi” yazıb:

“O yaşıl ləkə iddia edir ki, narıncı rənglə işarələnmiş əraziyə (İran) “min il” (999 deyil) hökmranlıq edib və hətta indi də narıncı ərazinin üçdə ikisi onun “tarixi diyarı”dır və yaşıl ləkənin bir hissəsinə çevrilməlidir”.

скачать dle 12.1