Bia.Az

“Ermənistan şərtlərə əməl etməsə, “Qisas 2” əməliyyatı da olacaq”

Siyasət
 4-08-2022, 17:35     159

“Azərbaycan ordusunun şücaəti ilə həyata keçirilən “Qisas” əməliyatı bizə beynəlxalq səviyyədə tanınan tarixi ərazimiz olan Qarabağda hərbi-strateji baxımdan xeyli əlavə üstünlüklər qazandırdı. Bu strateji üstünlüklərin bizə qazandıran ordumuzun əsgəri Anar Kazımov şəhadəti ilə bizə bir daha xatırlatdı ki, torpaq qanla qarışanda vətən olur”. BİA.AZ xəbər verir ki, Milli Ordumuzun apardığı “Qisas” əməliyyatının strateji əhəmiyyəti ilə bağlı Bizim.Media-ya açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bu fikirdədir.

O, bildirib ki, “Qırxqız” və “Sarıbaba” kimi hakim yüksəkliklərin Azərbaycan ordusu tərəfindən nəzarətə götürülməsi hərbi-strateji baxımdan xeyli əlverişlidir:

“Orada artıq mövqelərimiz qurulub və hazırda yüksəkliklər boyunca təminat yolları çəkilməkdədir. Həmçinin ərazidə mühəndis istehkam işləri həyata keçirilir.

Bu hakim yüksəkliklər Azərbaycan ordusuna Laçından kənarda çəkilən yeni yola nəzarət etmək Ağdam-Ağdərə-Kəlbəcər istiqamətində erməni silahlı birləşmələri ərazimizi tərk etmədiyi təqdirdə isə “Qisas-2” əməliyatını həyata keçirməyə imkan verəcək”.

Azərbaycanın istənilən vaxt öz ərazilərində terrordan təmizləmə hüququna sahib olduğunu bildirən hərbi ekspert qeyd edib ki, prinsip etibarı ilə erməni silahlı birləşmələri başa düşməlidirlər ki, Azərbaycanın beynəlxalaq səviyyədə tanınan ərazisi olan Qarabağda qalmamalıdılar.

Qalacaqları halda isə “Qisas-2” əməliyyatı ilə qarşılaşacaqlar.

“Növbəti anti-terror əməliyyatında isə söhbət artıq strateji yüksəklikdən getməyəcək. Konkret olaraq bu gün hələlik erməni silahlı qüvvələrinin qanunsuz yerləşdiyi və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilər bir əməliyatla Azərbaycan Silahlı Qüvvələri öz nəzarətinə götürəcək”.

Ekspert “Qisas” əməliyyatının Qarabağın status məsələsini yenidən gündəmə gətirməyə çalışan ermənilərə və onların havadarlarına verilən bir mesaj olduğunu da vurğuladı.

Qeyd etdi ki, ermənilər BMT-nin Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni və ondan da ağır çəkili 2020-ci il 10 noyabr kaputilyasiya aktını unutmasınlar:

“Hər kəs şərtlərə əməl edilməlidir. Azərbaycan “Qisas” əməliyyatı ilə bir daha sübut etdi və ismarış verdi ki, əks təqdirdə öz ərazi bütövlüyünü tək başına bərpa etmək iqtidarındadır”.
скачать dle 12.1