Bia.Az

Anatoli Çubays reanimasiyadadır - Putinin əlindən ölkədən baş götürüb qaçdı, ancaq...

Siyasət
 1-08-2022, 02:55     207

"Rosnano"-nun sabiq baş direktoru Anatoli Çubays Avropada reanimasiyaya yerləşdirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə teleaparıcı Kseniya Sobçak Çubaysın həyat yoldaşı Avdotya Smirnovaya istinadən məlumat verib.
 
Onun sözlərinə görə, Çubaysın vəziyyəti qeyri-sabitdir.
 
Sobçak bəyan edib ki, o, qəflətən özünü pis hiss edib, əlləri və ayaqları "sözünə baxmayıb".
 
"Anatoli Borisoviçin şəxsi şərhi belədir: "Mən Avropa klinikalarnın birinə "Hiyyena-Barre diaqnozu ilə yerləşdirilmişəm. Vəziyyətim orta ağırlıqda, sabitdir", - Sobçak özünün "Telegram-kanal"ında yazıb.
 
Xatırladaq ki, martın 23-də Çubaysın Rusiya prezidentinin xüsusi nümayəndəsi postundan getməsi və ölkəni tərk etməsi barədə məlumat yayılıb.
скачать dle 12.1