Bia.Az

Rusiyanın baş senzoru necə yaşayır və nəyi gizlədir? - Jurnalistlər araşdırıblar

Siyasət
 1-08-2022, 02:41     221

Rusiyanın baş senzoru, mərkəzi repressiv idarənin - «Roskomnadzor»un rəhbəri Andrey Lipovdur. Onun idarəsi rusiyalıları həqiqətdən təcrid edir. Məsələn, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi barədə obyektiv informasiyanı bloklayır.

FreeDom layihəsinin süjetində danışıldığı kimi, hətta «müharibə» sözünün özünü işlətdiyinə görə bütöv redaksiyalar bağlanır. Total senzura Rusiyada Lipov üçün fəxr predmetidir.
«Roskomnadzor» Ukraynadakı müharibəyə qarşı etiraz çağırışlarının 38 mini barədə xəbərin silinməsi ilə hesabat verib. O, hər şeyi edir ki, rusiyalılar kor-koranə olaraq Ukraynada qan tökülməsini dəstəkləsinlər və döyüşməyə getsinlər.
«Lipov - bu adam rusiyalıları sadəcə müharibəyə göndərmir. Bu insan onları hər cür dezinformasiya ilə yükləyir ki, onlarda bu barədə şübhə yaranmasın ki, bu, müqəddəs müharibədir» - anti-korrupsiya məsələləri üzrə ekspert Aqiyə Zaqrebelskaya deyir.
Jurnalistlər Moskva ətrafındakı Kamenka kəndində Lipovun şəhərkənarı evini tapıblar - evin ərazisi 4,4 min kvadrat metrdir. Burada Lipov uşaqları üçün 1000 kvadrat metrlik iki mülk tikib. Bu mükün qiyməti yarım milyard rubldur. Həm də onun sahəsi 160 kvadratmetr və 80 milyon rubl qiyməti olan mənzili var. O, daha bir Moskva mənzilinə malikdir - sahəsi 73 kvadratmetr, qiyməti 27 milyon rubl. Ailəsinin yaşadığı ərazinin yanında onun sahəsi 52 kvadratmetr, qiyməti 20 milyon rubl olan yaşayış sahəsi var.
Lipovun arvadının adına “Ranqe Rover” (ili 2014) yolsuzluq maşını, oğlunun adına isə “Toyota Land Cruiser” avtomobili sədədləşdirilib.
Amma əvvəllər Ukrayna müharibəsində həlak olan rusiyalı hərbçilər barədə informasiyanı qadağan olunmuş və «dövlət sirri» kimi klassifikasiya ediblər. Son günlər Ukrayna Prezident Ofisi tərəfindən elan olunan informasiyaya görə, Rusiyanın Ukrayna müharibəsində itirdiyi canlı qüvvə (həlak olanlar) demək olar, 50 min nəfərə yaxınlaşıb. Belədə, Rusiya insanı necə bir afyora ilə üz-üzə qaldığının fərqinə varmaq üçün həlak olmuş 50 min hərbçinin sayı ilə təkcə Lipovun aşkar olunmuş nəhəng sərvətini müqayisə etsə, pis olmazdı.
Nə yazıq ki, bunun əvəzində Rusiya Liberal-Demokrat Partiyasından olan siyasətçilər Rusiyanın baş korrupsioneri, Prezident Vladimir Putini «hökmdar» elan etməyə səsləyirlər. Bu halda Rusiya Prezidenti hökmdar adlandırılarkən, ölkə əhalisi də avtomatik olaraq, «krepostnoy» olur. Lipovlar isə rusiyalı krepastnoyların heç nədən həlak olmasını «dövlət sirri» pərdəsi altında gizlədirlər.
Bu müharibədə ölənlərin isə əsasən Rusiyanın qeyri-slavyan federasiya subyektərinin sakinləri oluğunu nəzərə alsaq, bu zaman Ukrayna müharibəsinin işğalçı-şovinist mahiyyəi göz önünə gələr.
Fəqət, bəziləri Putin Rusiyası ilə Puşkin Rusiyasını fərqləndirmək cəhdi edirlər - uğursuzluğa məhkumdur, çünki bunların heç fərqi olmaz. Rusiya imperiyadır, həm də xəstə imperiya.

Mirzə AĞ
AzPolitika.infoскачать dle 12.1