Bia.Az

“NÜVƏ MÜHARİBƏSİ GÖZLƏNİLƏNDİR..." - Stiven Lavqrov

Siyasət
 29-07-2022, 01:42     202

"Rusiyanın Ukraynaya müdaxiləsi Şərqlə Qərb arasındakı əlaqələri qırılma nöqtəsinə gətirdiyi üçün, nüvə müharibəsi gözləniləndir"

"AzPolitika.info" beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, bunu Böyük Britaniya Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Stiven Lavqrov deyib.

Qərbin Çin və Rusiya ilə əlaqəni kəsdiyini vurğulayan Lavqrov, bu vəziyyətin nüvə münaqişəsinə çevrilmə ehtimalının olduğunu bildirib:

 "Siyasətdə geniş şəkildə istifadə edilən “arxa qapı” diplomatiyası artıq pozulub. Biz qapılar arxasında aparılan danışıqlardan daha çox hərbi gücün ön plana çıxdığını görürük. Qərb bu iki ölkə ilə əlaqələrini kəsdiyinə görə, Çin və ya Rusiya ilə nüvə münaqişəsinin baş vermə ehtimalı real görünür".

O, eyni zamanda NATO-nun strateji sabitliyinin risk altında olduğunu da vurğulayıb:

 “NATO və SSRİ arasında qarşılıqlı anlaşmanın olması, nüvə müharibəsinin baş vermə ehtimalını azaldırdı. Ancaq indi vəziyyət tam başqadır. Qərb Çinlə eyni nüvə potensialına malik deyil. Çinin nüvə modernləşdirilməsi proqramı ilə bağlı açıq narahatlıqlarımız var. Bu da onun arsenalındakı nüvə silahlarının həm sayı həm də növü ilə bağlıdır".


BİA.az
скачать dle 12.1