Bia.Az

RUSİYA İNDİ DƏ FİNLANDİYANI HƏDƏLƏDİ - Zaxarovanın açıqlaması

Siyasət
 28-07-2022, 14:02     215

Finlandiyanın aparıcı siyasi partiyalarının nümayəndələri tərəfindən dəstəklənən ruslara Şengen vizalarının verilməsinin dayandırılması çağırışının həyata keçirilməsi açıq ayrı-seçkilik xarakterli siyasi tədbir olardı.


“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.


Zaxarova bildirib ki, Finlandiya rusların ölkəyə girişini məhdudlaşdırmaq planlarını həyata keçirərsə, Rusiya cavab tədbirləri görmək hüququnu özündə saxlayır.скачать dle 12.1