Bia.Az

Türkiyədə növbəti prezident kim olacaq: Seçkinin taleyini gənclər həll edəcək

Siyasət
 5-07-2022, 17:12     239

Türkiyədə gələn il keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək 6 milyon gənc seçkinin taleyini müəyyən edəcək.


BİA.az xəbər verir ki, Britaniyanın "Reuters" xəbər agentliyi öz təhlilində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən seçilib-seçilməyəcəyinə gənc seçicilərin qərar verəcəyini yazıb.

"Reuters" agentliyi İstanbul, Ankara, Eskişehir, Konya, Giresun, Denizli və Sivas əyalətlərində 18-23 yaş arası 10-dan çox yeni seçki namizədi ilə müsahibə aparıb. Müsahibədən məlum olub ki, gənclərin bir hissəsi hakimiyyətdən, qalan hissəsi isə müxalifətdən razı deyil. Xəbərdə bildirilir ki, müxalifət gənclərin güvənini qazana bilməyib.

TÜİK-in məlumatlarına görə, 2023-cü il seçkilərində səs verə biləcək 60 milyondan çox seçicinin təxminən beşdə biri 1997-ci il və daha sonra doğulmuş 13 milyonun Z nəslidir. Bunlar arasında 6 milyona yaxın gənc ilk dəfə səs verəcək.

Mobil Araşdırmalar Mərkəzinin rəhbəri Murat Gezici məsələ ilə bağlı fikirlərini bölüşən zaman “AKP iqtidarından narahatdırlar, amma müxalifətə o qədər də güvənmirlər. Bu gənclər gələcək siyasi liderlərin nə təklif edəcəyinə baxacaqlar”,- deyə bildirib.
Gezicinin fikrincə, Z nəslinin Millət Alyansına üz tutmasının ən böyük səbəblərindən biri iqtidarı daha zalım və daha nəzarətçi bir qurum olaraq görmələridir.

MAK Consulting-in İdarə Heyətinin sədri Mehmet Ali Kulat, “biz görürük ki, gənc seçicilər əsasən müxalifətin tərəfdarıdır. Gənclər dəyişiklik istəyirlər”. Türkiyədə 18-29 yaş qrupunda olan 100 gəncdən 70-i müxalifət tərəfdarıdır”,- deyə bildirib. Kulat onların 30-unun AKP, MHP və Böyük Birlik Partiyasının tərəfdarı olduğunu bildirib.

Kulatın sözlərinə görə, bunun səbəblərindən biri bütün seçici qruplarında olduğu kimi iqtisadiyyatdır. Yaşlı insanlar daha çox Türkiyəni köhnə Türkiyə ilə müqayisə edir, yollar, xəstəxanalar kimi müsbət irəliləyişlərə baxır, gənc seçicilər isə dünyanın qalan iqtisadi şərtləri ilə müqayisə edirlər.
Kulatın sözlərinə görə, gənclər müxalifətdən o qədər də əmin deyillər, amma “indikindən yaxşıdır” deyirlər.скачать dle 12.1