Bia.Az

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul yığılıb?

Siyasət
 28-03-2020, 15:30     285

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər pul yığılıb?Martın 27-si saat 18:00-a qədər Koronavirusla Mübarizəyə Dəstək Fonduna 91 230 152 manat, 117 min ABŞ dolları, 6 013 avro və 500 ingilis funt-sterlinqi məbləğində vəsait köçürülüb.

“bia.az” xəbər verir ki, milli valyuta ilə yığılmış pulun 20 milyon manatı dövlət büdcəsindən ayrılıb, 67 125 878 manatını hüquqi şəxslər, 4 104 273 manatını isə fiziki şəxslər təmin edib.

Xarici valyuta ilə yığılmış pulun isə 93 min ABŞ dolları və 6 min avrosunu hüquqi şəxslər, 24 min ABŞ dolları, 13 avro və 500 ingilis funt-sterliqini isə fiziki şəxslər ödəyib.скачать dle 12.1