Bia.Az

"Azərbaycana fars şovinizminin vurduğu yaralar rusların vurduğu yaralardan çox dərindir..."

Siyasət
 20-06-2022, 16:28     68

İran yerində dinc dayanmır. Düşmənçilik siyasətini, Azərbaycana qarşı əsrlərlə yürütdüyü məkrli niyyətini yenidən, özü də daha açıq və daha qabarıq tərzdə yürütməyə başlayıb. Din pərdəsi altında etmədiyi əməl, yalana, böhtana söykənən o təxribat qalmayıb ki, Azərbaycanın üzərində sınaqdan keçirməsin. Tarixən  belə olub. Azərbaycan hökmdarı Tomrisin oğlunun xaincəsinə öldürülməsindən tutmuş adını Gülüstan və Türkmənçay sülh müqaviləsi qoyub Azərbaycanı iki-üç hissəyə qəddarcasına  parçalayan, Təbrizin yüzlərlə böyük şəxsiyyətini günahsız edam etdirən fars şovinizmi indi daha da fəallaşıb. 
    
Necə müsəlman ölkəsidir ki, bölgənin həssas vəziyyətdə olduğu, üçüncü vətən müharibəsinin başlayacağı bir zamanda Tehranda Azərbaycanın əleyhinə ağlasığmaz işlər görülür, bayrağımız təhqir olunur, tapdanır,  ölkəmizin adının dəyişdirilməsi barədə ardı-arası kəsilməyən absurd bəyanatlar, açıqlamalar verilir. Yazıqlar olsun ki, bütün bu kimi acınacaqlı hadisələrə bizim həmyerlilərimiz olan "din qardaşlarımızın" qoşulması bir müsəlman olaraq adamı yerindən oynadır. Özü də harada- İranın paytaxtı Tehranda, ali lider Xamneynin, İran prezidenti cənab Rəisinin qulaqlarının dibində, gözləri önündə. 
   
 44 günlük vətən müharibəsində minlərlə müsəlman soydaşımızı qətlə yetirən, məscid və digər dini abidələrimizi yerlə-yeksan edən, müsəlman qəbristanlıqlarını viranə hala salan, vəhşiləşmiş erməni faşizminə qarşı İran hökumətindən  yüngül bir etiraz səsini eşit- mədik. Əvəzində nələrin şahidi olduq. Böyük TİR-də işğalçıya yanacaq, ərzaq, silah-sursat daşınırdı. Kim məni qınayacaqsa, özü bilər. Ümumiyyətlə, Azərbaycana fars şovinizminin vurduğu yaralar rusların vurduğu yaralardan çox dərin və təhlükəli görünür. Təəssüfləndirici bir məsələ də odur ki, ələ alınmış bəzi Azərbaycan ruhanilərinin İranda apardıqları antiAzərbaycan fəaliyyətlərini qınayacaq mövqeni, dövlətçiliyimizin əleyhinə yönəlik qərəzli və ədalətsiz münasibətin tənqidinə adi bir yanaşmaya rast gəlmirik. Mən bu işdə Müsəlman Hərakatı Birliyinin sədri Hacı Tale Bağırzadənin təşəbbüsünü nə qədər ağır şəraitdə olsa da səbirsizliklə gözləyirəm... 
 
 Yaddaşıma hopmuş və heç zaman unuda bilmədiyim bir tarixi hadisə ilə bu ürək çırpıntılarmı bitirmək istərdim. 1978-ci idi. Şərqi Ermənistanın Rusiyaya birləşməsinin 150 illiyi İrəvanın opera teatrının böyük salonunda qeyd olunurdu. O zaman mən "Sovet Ermənistanı" respublika qəzetində müxbir vəzifəsində çalışıırdım. Rəhmətlik Məhərrəm Bayramov reportaj hazılrlamaq üçün məni də özü ilə bərabər tədbirə aparmışdı. Brejnev başda olmaqla Sovet rəhbərliyinin hamısı gəlmişdi. Mərhum milli liderimiz Heydər Əliyev də tədbirdə Baş katib Brejnevin sağında əyləşmişdi. Bu hadisədən qürurlanmaya bilməzdim... 
 
Nəhayət, söz verildi adını unutduğum İrandan təşrif buyurmuş ictimai-siyasi xadimə. O, çıxışına bu cür başladı. Dəvət üçün böyük minnətdarlığını ifadə edən fars qonaq fikrini bu cür bitirdi: "Tarixdə iki qardaşın cəmi bir dəfə müharibəsi olub. Bu məclisdə iştirakdan çox məmnunam və buraya məhz ona görə gəldim ki, bu tarixi anlaşılmazlıq üçün erməni qardaşlarımdan və qəhrəman Sasunlu Daviddən üzr istəyib geri dönüm". Məncə başqa izaha ehtiyac yoxdur. Bu an gözlərim dahi şəxsiyyət Heydər Əliyevə baxdı. Rəngi qaralmışdı. Çırtıq vursaydın qan tökülərdi.
                     
ELDAR SABİROĞLUскачать dle 12.1