Bia.Az

SON DƏQİQƏ! Lənətlənmiş çay meyidlərlə doludur - Şiddətli döyüşlər gedir...

Siyasət
 26-05-2022, 15:35     417

Rusiyanın Ukraynanı işğal etmək üçün başladığı müharibə artıq dördüncü aydır ki, davam edir.


Sitat.info xəbər verir ki, "Wall Street Journal" Vladimir Putinin ağır itkilərə baxmayaraq Donbasdakı hücumunu genişləndirdiyini yazıb.


Luqansk qubernatoru Sergey Qayday deyib ki, rus işğalçılarının əsas hərbi məqsədləri sənaye şəhəri olANM Severodonetski ələ keçirməkdir.

Qubernator Qayday qeyd edir ki, gələn həftə Rusiya artilleriyasının bomba yağdırdığı şəhərin taleyi üçün həlledici olacaq.

Luqanskı ölkənin qalan hissəsi ilə birləşdirən əsas yolun Rusiya qüvvələri tərəfindən bağlanması ilə bağlı xəbərlər təkzib edilir.

Qubernator Qayday Severodonetsk ilə Baxmut arasındakı yolun atəşə tutulduğunu təsdiqləyib, lakin humanitar yardımın keçməsinin hələ də mümkün olduğunu bildirib.

Severodonetsk sahillərində qarşıdurmaların şiddətləndiyi bir vaxtda Rusiya qüvvələrinin Baxmut yoluna nəzarəti ələ keçirəcəyi təqdirdə şəhərin tamamilə mühasirəyə alınacağı bildirilir.

Luqansk qubernatoru deyir: "Onlar şəhəri ala bilmirlər, ona görə də əsgərlərimizi şəhərdən çıxarıb məhv etmək qərarına gəliblər".

Əgər rus işğalçıları Severodonetskə bitişik olan Lisiçanski də ələ keçirsələr, o zaman bütün Luqansk vilayətinə nəzarət etmiş olacaqlar.

Ukrayna Baş Qərargahı bu gün səhər saatlarında Rusiya qüvvələrinin gecə ərzində bir neçə uğursuz hücuma keçdiyini və itkilərdən sonra qoşunlarını Zolota Nyva kəndindən geri çəkdiyini açıqlayıb.

Rus işğalçıları Nikolayevka və Krivıy Roq şəhərlərinə də uğursuz hücumlar etməyə cəhd etdilər. Ukraynanın məlumatına görə, Rusiya ordusu Donetsk vilayətindəki Port şəhərinə əlavə qoşun yeridib və bütün diqqəti şəhərə tam nəzarət etməyə yönəldib.

Rusiya qoşunları Donbasdakı Baxmut və Avdiivkada hücumlarında elektron döyüş sistemlərindən istifadə edir.

Qubernator Qaydanın sözlərinə görə, Putinin qoşunları nəyin bahasına olursa olsun Luqanskı işğal etməyi hədəfləyir.

Severodonetsk və Lisiçansk şəhərləri, o cümlədən Siverski Donets çayı döyüşün mərkəzində yer alıb. Hər iki şəhərin hələ də Ukraynanın nəzarətində olduğunu yazan WSJ rus işğalçılarının Severodonetsk və Lisiçanski mühasirəyə almağa çalışdığını yazıb.

Ukrayna lideri Vladimir Zelenski deyib ki, “Rusiya ordusunun qalan bütün gücü indi bu bölgədə cəmlənib.

Məlumata görə, o, Ukraynanın ikinci böyük şəhəri Xarkovdan dəf edilən rus qoşunlarının Donbas bölgəsində də böyük itki verdiyini bildirir.

Ukraynalılar çoxlu sayda məhv edilmiş tank və zirehli texnikanı əks etdirən görüntülər paylaşıblar.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu da hücumun sürətinin azaldığını etiraf edir.

Təchizat və evakuasiya üçün mühüm mərkəzə çevrilən Ukraynanın Donbas şəhərində raket dəmir yolu xəttinə düşüb və bəzi binalara ziyan vurub.

“The New York Times” rus ordusunun son bir neçə həftə ərzində iki dəfə keçməyə çalışdığı, lakin 400-dən çox əsgərini itirdiyi "Siverski Donetsi"ni “lənətə gəlmiş çay” kimi qələmə verir. Ukrayna ordusu tərəfindən pusquya düşən rus qoşunlarının 70 tankı və zirehli texnikası da məhv edilib.

Çayda körpünün qalıqlarının xüsusi fotoşəkillərlə paylaşan qəzet, yarıya qədər palçığa basdırılmış rus əsgərlərinin cəsədlərinin, həmçinin partladılmış tankların tapıldığını xəbər verir.

Ölüm çayını keçmə əməliyyatı müharibədə tələyə düşməyin nə dərəcədə təhlükəli olduğunu göstərdi. . Mühasirə Rusiya və Ukrayna arasında hər iki tərəfin istifadə etdiyi bir taktika olsa da, böyük risklər daşıya bilər.

скачать dle 12.1