Bia.Az

Bayden Şimali Koreyanı hədələdi: "Atacağınız hər addıma əvvəlcədən hazırlaşmışıq"

Siyasət
 23-05-2022, 14:39     231

Hazırda Asiya ölkələrində səfərdə olan ABŞ prezidenti Co Bayden Vaşinqtonun Şimali Koreyanın yeni hərbi texnika sınaqlarına hazır olduğunu açıqlayıb.


Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Baydenin Asiyaya səfəri zamanı nüvə sınağının baş verə biləcəyi qorxusu var idi.
ABŞ prezidenti Şimali Koreyanın atacağı hər addıma əvvəlcədən hazırlaşdırlarını da gizlətməyib. "Biz Şimali Koreyanın ata biləcəyi hər addıma hazırıq. Onların etdikləri hər şeyə necə cavab verəcəyimizi əvvəlcədən düşünmüşük",- deyə Bayden bildirib.

Co Bayden 

Co BaydenJurnalistlərə açıqlamasında Bayden Şimali Koreya lideri Kim Çen Ina salam da göndərib. O, "Siz Kim Çen Ina buradan hansı mesajı verərdiniz" sualına cavab olaraq, “Salam. Nöqtə” deyə cavab verib.
Xatırladaq ki, ABŞ həftələrdir Şimali Koreyanın 2017-ci ildən bəri ilk dəfə nüvə sınağı keçirə biləcəyi barədə xəbərdarlıq edir. Beynəlxalq təcrid vəziyyətində olan və sərt sanksiyalara məruz qalan ölkə son aylarda bir sıra raket sınaqları keçirib.
Ötən cümə ABŞ prezidenti Cənubi Koreyaya səfər edib və orada Cənubi Koreyalı həmkarı Yoon Suk Yeol ilə Şimali Koreyanı cilovlamaq üçün birgə hərbi manevrlərin genişləndirilməsi perspektivlərini müzakirə edib. Eyni zamanda, ABŞ və Cənubi Koreya rəhbərləri pandemiya çərçivəsində yoluxma saylarını kəskin artmasına qarşı mübarizədə Şimali Koreya rəhbərliyinə kömək təklif ediblər.
Mayın 22-də Bayden baş nazir Fumio Kişida və İmperator Naruhito ilə görüşmək üçün Yaponiyaya səfər edib.
Xatırladaq ki, Rusiyada Vladimir Putin hakimiyyəti vaxtaşırı dünyanı nüvə silahı ilə hədələməyə başlayandan sonra Şimali Koreya diktatoru Kim Çen In da fəallaşıb. O, nüvə sınaqları keçirəcəyi ilə hədələyib. Həmçinin bu yaxınlarda uzaqmənzilli raketi də nümayiş etdirib. Şimali Koreya televiziyası yeni raketin Vaşinqtonu vura biləcəyini iddia edir.скачать dle 12.1