Bia.Az

Ukrayna Putinin 9 may paradında söylədiklərinə CAVAB VERDİ

Siyasət
 9-05-2022, 16:55     222

“Ukraynada baş verən müharibənin əsas səbəbi Rusiyaya hücum təhlükəsi deyil, Kremlin ağrılı imperiya ambisiyalarıdır”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ukrayna Prezident aparatının rəhbərinin müşaviri Mixail Podolyak Rusiya prezidenti Vladimir Putinin bu gün Moskvada keçirilən hərbi paradda çıxışı zamanı Ukraynaya müdaxilənin səbəbləri ilə bağlı açıqlamasına bu sözlərlə cavab verib.

Mixail Podolyakın sözlərinə görə, Ukraynaya qarşı müharibə Rusiyanın imperiya istəklərini həyata keçirməkdən başqa bir şey deyil.
“Təkrar vurğulamaq lazımdır ki, NATO ölkələrinin Rusiyaya qarşı hücum etmək fikri yox idi. Ukrayna da Krıma hücum planlaşdırmırdı. Rusiya hərbçiləri öz vətənlərinin müdafiəsində deyil, başqa bir ölkənin torpaqlarını işğalı zamanı ölürlər. Bu savaşda Rusiyanın imperiya ambisiyalaırnda başqa hər hası optimal faktorun adlarını çəkmək mümkün deyil”, - deyə Ukrayna rəsmisi bildirib.

Xatırladaq ki, Vladimir Putin bugünkü çıxında NATO ölkələrini Krım və Donbasa hücum etməyi planladıqlarını, Rusiyanın Ukraynaya müdaxiləsinin məcburi, vaxtında və yeganə düzgün qərar olduğunu qeyd etmişdi.скачать dle 12.1