Bia.Az

Toivo Klaar və Mirzoyan Brüssel razılaşmalarının icrasını müzakirə edib

Siyasət
 22-04-2022, 15:43     176

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

APA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər aprelin 6-da Brüsseldə Azərbaycan, Aİ və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların icrasını müzakirə edib.

Onlar həmçinin regionda iqtisadi və nəqliyyat infrastrukturlarının bərpası perspektivlərini də nəzərdən keçiriblər.скачать dle 12.1