Bia.Az

"RUSİYA QARABAĞDAKI SÜLHMƏRAMLILARINI GERİ QAYTARACAQ" - "Yaxın həftələrdə bunun şahidi olacağıq..."

Siyasət
 10-03-2022, 13:21     199

"Bizim bölgə ilə bağlı yaxın həftələrdə çox maraqlı proseslər olacaq. Rusiya Qarabağda olan sülhməramlılarını geri qaytaracaq".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri "Bakupost.az"a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib. 

Onun sözlərinə görə, dünyada baş verən dərin proseslər bizim regiondan də yan keçməyəcək: “Dünya artıq fərqli düzəndə hərəkət edəcək. Biz artıq Rusiyanı əvvəlki kimi görməyəcəyik. Həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən xeyli zəifləmiş, gücdən düşmüş bir Rusiya olacaq. Hətta bu, Rusiyanın daxilində müxtəlif parçalanmalara da gətirib çıxaracaq".
Hərbi ekspert Rusiya-Ukrayna müharibəsinin Azərbaycana mümkün təsirləri barədə də danışıb: “Bu müharibənin çox böyük təsirləri olacaq və yaxın həftələrdə biz onu görəcəyik. Yəni, region ilə bağlı çox böyük iddiaları olan, pozuculuq siyasəti həyata keçirən Rusiyaya qarşı dünyada bir “Səlib Yürüşü” başlayacaq. Harada Rusiya Silahlı Qüvvələri varsa, onların təcrid olunması və onlara sanksiyaların tətbiq olunması məsələsi gündəmə gələcək. Həm BMT, həm ATƏT miqyasında dərin proseslər olacaq və bu bizim bölgədən də yan keçməyəcək. Yaxın həftələrdə biz bunun şahidi olacağıq. Həmçinin çox şeylərə yanaşma dəyişəcək. Çünki dünya Rusiyaya elə sanksiyalar tətbiq edib ki, onun yeganə edə biləcəyi ayaq üstə qalmaqdır. Eyni zamanda Gürcüstanın işğal olunmuş ərazilərində, Donbas və Luqansk qondarma respublikalarında, eyni zamanda bizim bölgədə Rusiya öz qoşunlarını saxlamaq imkanında olmayacaq.
Hətta vəziyyət elə ola bilər ki, dağıdılmış Rusiya ordusunun öz ərazisində yerlərini doldurmaq üçün Tacikistan, Ermənistan və Qarabağın ərazisində olan sülhməramlıları bölgədən çıxarıb Rusiya ərazisinə gətirməyə məcbur qalacaq. Yəni, Rusiya Qarabağda olan sülhməramlılarını da geri qaytaracaq. Çünki Rusiya ordusu ətrafında bizim təsəvvür edə bilmədiyimiz faciələr baş verir”.скачать dle 12.1