Bia.Az

Saakaşvili həbs yerinə qaytarılıb

Siyasət
 31-12-2021, 16:25     448

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Müdafiə Nazirliyinin Qori şəhərindəki hərbi hospitalından Rustavi şəhərindəki həbsxanaya qaytarılıb. Xəbər dekabrın 30-da yayılıb.

Novator.az bildirir ki, 1967-ci il təvəllüdlü Mixail Saakaşvili Gürcüstan prezidenti vəzifəsini 2004-2013-cü illərdə tutub. Hazırda ana müxalifət sayılan Vahid Milli Hərəkat Partiyasının qurucusu olan Mixail Saakaşvili 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda ona bir neçə cinayət işi qaldırılıb, haqqında həbs hökmləri var.

2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il dekabrın 4-də Gürcüstan vətəndaşlığından məhrum edilib.
Mixail Saakaşvili 2020-ci ildən Ukrayna Milli İslahat Şurasının İcra Komitəsinin başçısıdır.

Bu il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub, Rustavidəki həbsxanaya yerləşdirilib. Sabiq prezidentin sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.

Tutulduğu gündən aclıq aksiyası keçirdiyi üçün sabiq prezidentin səhhəti ağırlaşıb. Noyabrın 8-də siyasətçi Xüsusi Penitensiar Xidmətin paytaxt Tbilisidəki müalicə müəssisələrindən birinə köçürülüb. Noyabrın 20-də Müdafiə Nazirliyinin Qoridəki hərbi hospitalına aparılan sabiq prezident həmin gün aclığı dayandırıb və orada müalicə alıb.скачать dle 12.1