Bia.Az

Saleh Rüstəmov: ümid doğrulmadı

Siyasət
 31-12-2021, 16:21     444

Dekabrın 30-u Bakının Nizami Rayon Məhkəməsində məhbus Saleh Rüstəmovun vəkillərinin vəsatətinə baxılıb.

Vəkillər dekabrın 6-da məhkəməyə təqdim etdikləri vəsatətdə Saleh Rüstəmovun böyrək çatışmazlığından və başqa xəstəliklərdən əziyyət çəkdiyini, noyabrın 6-dan keçirdiyi aclıq aksiyası nəticəsində orqanizminin zəiflədiyini bildirmiş və səhhətinin nəzərə alınaraq həbsdən azad olunmasını istəmişdilər.

Novator.az-ın məlumatına görə, vəsatətə hakim Nəriman Mehdiyev baxıb. O, Saleh Rüstəmovun səhhəti ilə bağlı vəziyyətin müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edib. Beləliklə, vəkillərin vəsatətinin təmin olunub-olunmayacağı yalnız ekspertiza keçiriləndən və ekspertiza rəyi məhkəməyə təqdim ediləndən sonra bilinəcək. Bu isə Saleh Rüstəmovun 2021-ci ilin sonlarında azadlığa buraxılacağına olan ümidlərin puça çıxması deməkdir. Çünki dekabrın 30-u ilin sonuncu iş günüdür. Ekspertizanın keçirilməsi, rəyin məhkəməyə çatdırılması, məhkəmənin həmin rəy əsasında vəkillərin vəsatətinə baxıb qərar çıxarması ən yaxşı halda gələn ilin yanvarında reallaşa bilər.

 Əlbəttə, bu da bir ümiddir – məhkəmə vəsatəti rədd etməklə onu da puça çıxarmasa…скачать dle 12.1