Bia.Az

FRANSA PREZİDENTLİYİNƏ NAMİZƏD XANKƏNDİNDƏ - Rus sülhməramlılarından böyük təxribat + FOTOLAR (Yenilənib)

Siyasət
 23-12-2021, 12:12     409

Bu günlərdə Ermənistanda olan Fransa prezidentliyinə namizəd, Paris İle-de-Frans bölgəsinin rəhbəri Valeri Pekress Qarabağa gizli səfər edib

Bu barədə "France Télévisions"-ın jurnalisti və siyasi şərhçisi Julien Neni Twitter-də məlumat verib.
Neni yazıb ki, Valeri Pekress bu gün  Xankəndinə gedib, orada "yerli siyasətçilərlə" tanış olub. 
"Təhlükəsizliyə görə səfər Ermənistanda olan əksər fransız mediası, o cümlədən France TV tərəfindən işıqlandırılmırdı”, - deyə Neni yazıb.
Azərbaycan hökumətinin Qarabağa hətta erməni siyasətçilərin səfərlərinə sərt reaksiya verdiyi halda, Rusiya sülhməramlılarının fransızı siyasətçini Xankəndinə buraxmaları açıq təxribatdır. 

Qeyd edək ki, onun Ermənistana səfərinin rəsmi proqramında Qarabağa səfər nəzərdə tutulmayıb. Fransa nəşri LeFiqaro yazır ki, Valeri Pekres Ermənistana üç günlük səfərin sonunda Arayik Arutyunyanla görüşərək "Arsax Respublikası"na dəstəyini nümayiş etdirmək istəyib.
Məlum olur ki, xanım namizəd Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərdə heç bir icazə və qanuni əsas olmadan rahat şəkildə dolaşıb, qəbristanlıqlardakı quldur məzarlarını ziyarət edib, qanunsuz rejimin üzvləri ilə bir sıra təmaslarda bulunub. Bu cür faktlar Rusiya sülhməramlılarının da etibarsızlığını bir daha ortaya qoyur.



скачать dle 12.1