Bia.Az

“BU İL ƏLİYEVLƏ PAŞİNYAN YENƏ GÖRÜŞƏ BİLƏRLƏR ” – “Budəfəki görüş daha geniş tərkibdə olacaq”

Siyasət
 21-12-2021, 17:02     331

“İlkin razılığa görə, Ermənistan və Azərbaycan rəhbərləri bu il Rusiyada daha bir görüş keçirə bilərlər.”

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzetinin dərc etdiyi məlumat əksər erməni mətbu orqanlarında tirajlanmaqdadır.

Məlumatda qeyd olunur ki, budəfəki görüş daha geniş tərkibdə keçiriləcək. Görüşdə İlham Əliyev və Nikol Paşinyanla yanaşı üçtərəfli komissiyanın üzvləri - baş nazir müavinləri Şahin Mustafayev Aleksey Overçuk və Mher Qriqoryan da iştirak edəcəklər. Qəzet iddia edir ki, budəfəki görüşə hətta müdafiə nazirliklərinin rəhbərləri və xarici işlər nazirləri də qatılacaq.

Həmçinin bildirilir ki, görüş barədə məlumat onun keçirilməsindən bir-iki gün əvvəl elan olunacaq: “Nikol Paşinyan-İlham Əliyev görüşü Brüsseldə bu ilin sonuncu görüşü olmaya bilər. Xarici İşlər Nazirliyindəki mənbəmizin sözlərinə görə, Ermənistan və Azərbaycan liderləri bu il daha bir görüş keçirəcəklər. Və yenə Rusiyada.”скачать dle 12.1