Bia.Az

Ermənistan 3+3 formatda görüşə hazırlaşır - Paşinyan tarixi açıqladı, amma...

Siyasət
 9-12-2021, 12:52     292

"Dekabrın 10-da 3+3 və 3+2 formatı üzrə danışıqların hazırlıq iclası keçiriləcək".

"AzPolitika.info" xəbər verir ki, barədə məlumatı dekabrın 8-də Ermənistan parlamentində keçirilən “hökumət saatında” baş nazir Nikol Paşinyan verib.

Paşinyan hakimiyyətyönlü deputat Ripsime Qriqoryanın hökumətin bu formata münasibəti barədə sualına belə cavab verib: 


“Bizim bir neçə dəfə imkanımız olub deyək ki, əgər bu platformalarda iştirak etdiyimiz başqa formatlardakı məsələlər müzakirə olunmasa, bizi 3+3 formatı maraqlandıra bilər. Biz bu məsələni partnyorlarımızla, o cümlədən rusiyalı partnyorlarımızla müzakirə etmişik və siqnal almışıq ki, onlar bizim mövqeyimizi bölüşürlər. Yaxın vaxtlarda, səhv etmirəmsə, dekabrın 10-da 3+3 və ya 3+2 formatının ilkin iclası keçiriləcək”.


Baş nazir bildirib ki, Ermənistanı bu iclasda xarici işlər nazirinin müavini təmsil edəcək. O, söhbətin hansı müavindən getdiyi və görüşün vaxtı və yeri haqqında məlumat verməyib.скачать dle 12.1