Bia.Az

“OLA BİLƏR, 15 GÜNLÜK BAKIYA GƏLİM...” - Rəsul Quliyev hakimiyyətin tərəfinə keçir və əmlaklarını geri alır!

Siyasət
 6-12-2021, 11:29     233

"Düşünmürəm ki, Azərbaycana gəlməyimdə maneə var". 

Bunu Azərbaycan parlamentinin sabiq sədri, cinayət təqibinə görə 1996-cı ildən ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev deyib. 
R.Quliyev iddia edib ki, istədiyi vaxt Azərbaycana gələ bilər, amma burda nə işlə məşğul olacağını bilmədiyi üçün gəlmir. Sitat: "Hesab edirəm, nə vaxt istəsəm, Azərbaycana gələ bilərəm... Hələ fikirləşirəm. Tutaq ki, Azərbaycana gəlmişəm, nə işlə məşğul olacağam?! Elə adam deyiləm ki, boş-boş danışam, yalançı şüarlar səsləndirəm... Belə adamlardan da zəhləm gedir. Nə vaxt mənə ehtiyac olarsa, gələcəyəm. Ola bilər, 15 günlük gəlim... Vətəni sevməyin vətəndə olmaqla heç bir əlaqəsi yoxdur. Mən burada ola-ola vətəni vətəndə olanların 90 faizindən daha çox sevirəm".
Qeyd edək ki, R.Quliyev son illərdə, xüsusən də Vətən müharibəsindən sonra müxalif mövqeyindən geri çəkilərək, açıq şəkildə hakimiyyəti, Prezident İlham Əliyevi, bəzi hallarda hətta ayrı-ayrı nazirləri müdafiə edən çıxışlar edir, eyni zamanda da hakimiyyətin rəqiblərinə əsaslı-əsassız hücumlar edir. Bu zaman isə bəzən o, hakimiyyətin çoxillik dəstəkçilərindən də irəli getməkdən çəkinmir.
"AzPolitika"-ya daxil olan məlumata görə, çox güman bu fəaliyyətinə görə R.Quliyevə qarşı bəzi qeyri-rəsmi qadağalar nəinki yumşaldılıb, o, hətta Bakıdakı çoxsaylı daşınmaz əmlaklarını yenidən idarə etmək şansını da qazanıb. Məsələn, əvvəllər R.Quliyevə məxsus olmuş, lakin sonradan keçmiş deputat Qalib Salahzadə tərəfindən ələ keçirilmiş milyonluq əmlaklar məhkəmə qaydasında R.Quliyevə geri qaytarılıb. Eks-spiker həmçinin şəhərin mərkəzində, o cümlədən İçəri şəhərdə ona məxsus, lakin uzun illərdir nə istifadə edə, nə də sata bildiyi çoxsaylı əmlaklarını da özünə qaytarır.

Hakimiyyətlə bu yaxınlaşmanın davamı olaraq eks-spikerin 25 ildən sonra Bakıya dönüşünə yaşıl işıq yandırıla biləcəyi də istisna olunmamalıdır. Lakin təbii ki, siyasətlə məşğul olmamaq şərtilə...
Rasim ƏLİYEV
"AzPolitika.info"скачать dle 12.1