Bia.Az

Avropada yeni Azərbaycan sənədi

Siyasət
 25-11-2021, 09:25     215

Qərb ölkələrinin bir çox qeyri-hökumət təşkilatını cəmləyən koalisiya – Beynəlxalq İnsan Haqları Tərəfdaşlığı Avropa Şurasının Nazirlər Komitəsinə Azərbaycanla bağlı sənəd təqdim edib. Məlumatı yayan Respublikaçı Alternativ Partiyası bildirir ki, sənəddə Azərbaycan hökumətinə çağırışlar etmək tövsiyəsi yer alır.

Çağırış təklifləri bunlardır:

– işgəncə və pis rəftarın digər formaları ilə mübarizə üçün nəzərdə tutulan layihələri ictimailəşdirmək, müstəqil ekspertlərlə, sivil toplum nümayəndələri ilə bu barədə açıq məsləhətləşmələr aparmaq;
– ölkə qanunvericiliyinin pis rəftar və işgəncə halları da daxil bütün cinayət işləri üzrə alternativ hüquqi-tibbi ekspertizaya imkan verməsini təmin etmək;
– müstəqil qeyri-hökumət təşkilatlarının və insan haqları müdafiəçilərinin monitorinq üçün istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə və digər qapalı müəssisələrə girişinə imkan verən mexanizm yaratmaq;
– hüquq mühafizə orqanlarının üzərinə işgəncə və pis rəftarın digər formaları ilə bağlı şikayətlər üzrə müntəzəm və müfəssəl hesabatlar vermək tələbi qoyan qanunvericiliyin tətbiqi;
– Vəkillər Kollegiyasının üzvü olmayan vəkillərə Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə ilə müraciət etmiş, ya da müraciət etmək niyyətində olan məhbuslarla əngəlsiz görüşmək haqqı verilməsi.
Novator.az xatırladır ki, 1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulubскачать dle 12.1