Bia.Az

YAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdir

Siyasət
 19-11-2021, 15:11     459

Xeberci.org xəbər verir ki, YAP Ağsu rayon təşkilatında 18 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümünə həsr olunmuş yığıncaq keçirilib. Tədbir başlamazda öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov məruzə ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü təkcə partiyada deyil, bütün xalq tərəfindən, vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə biganə qalmayan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qeyd edilir. İctimai-siyasi proseslərin kifayət qədər mürəkkəb, kеşməkеşli axarda cərəyan etdiyi bir vaxtda dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin gələcək taleyini müəyyənləşdirən, əsas qüvvəyə çevrilən siyasi qurum olmuşdur. Tarixi zərurətdən yaranan partiya ötən 29 ildə xalqa xidmət missiyasını şərəflə yerinə yetirmişdir.

Bu gün Azərbaycanın səsinin dünyanın ən nüfuzlu təşkilatlarının tribunalarından eşidilməsi düzgün qurulan siyasətin nəticəsidir. Bu gün bu siyasət möhtərəm Prezidentimiz , Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yığıncaqda YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Sevil Mirzəliyeva, YAP Ağsu rayon təşkilatının Şura üzvü Rəhilə Musayeva, YAP Ağsu rayon təşkilatının Gənclər birliyinin sədri Elnur Fərzəlizadə, YAP Ağsu rayon təşkilatının Şura üzvü, Çaparlı ərazi partiya təşkilatının sədr müavin Allahverdi Qənbərov, Muradlı ərazi partiya təşkilatının sədri Sehrayə Hümbətova çıxış edərək bildirdilər ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilmişdir. Partiyanın böyük nüfuza malik olması onun yaradıcısı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Nəinki ölkənin, eləcə də bölgənin aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının sıralarının günbəgün artması Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir.

Yığıncaqda Ağsu rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın əldə etdiyi uğurlardan geniş bəhs etdi. Natiq bildirdi ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

YAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdirYAP Ağsu rayon təşkilatında “Yeni Azərbaycan Partiyası- Zəfərlərlə dolu 29 il” mövzusunda tədbir keçirilmişdir
0000скачать dle 12.1