Bia.Az

Bizim Məclis, qonşuluqda parlament

Siyasət
 19-11-2021, 14:18     224

Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası ölkə parlamentində 70 nəfərlə təmsil olunur.

Vətəndaş Həmrəyliyi Partiyası 3, Respublikaçı Alternativ, Demokratik İslahatlar, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ana Vətən, Milli Cəbhə, Vəhdət, Vətəndaş Birliyi, Demokratik Maarifçilik partiyaları 1 mandata sahibdir, 38 deputat partiyasızdır.
Novator.az qonşu ölkələrin parlamentlərinin tərkibinə də nəzər salıb.
Ermənistan parlamentində üç qüvvə təmsil olunur: hakim Vətəndaş Sazişi Partiyasının 71, Ermənistan blokunun 29, “Qürurluyam” blokunun 7 mandatı var.
Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası ölkə parlamentində 84 mandatla oturur.
Vahid Milli Hərəkat Partiyası 32 mandatla ikinci böyük fraksiyadır.
Qalan 9 siyasi qüvvənin təmsilçiliyi 1-6 mandat arası dəyişir, 7 deputat partiyasızdır.
Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasında hakim Vahid Rusiya Partiyası 326 mandata sahibdir.
Kommunist Partiyasının 57, Ədalətli Rusiya Partiyasının 28, Liberal Demokrat Partiyasının 23, Yeni Adamlar Partiyasının 15 mandatı var, 1 deputat partiyasızdır.
Prezident Rəcəb Teyyub Ərdoğanın sədrlik etdiyi Ədalət və İnkişaf Partiyası Türkiyə parlamentində 286 mandatla təmsil olunur.
Cümhuriyyət Xalq Partiyasının 135, Xalqların Demokratik Partiyasının 56, Milliyyətçi Hərəkat Partiyasının 48, Yaxşı Partiyanın 36, Türkiyə Fəhlə Partiyasının 4, Məmləkət Partiyasının 3, Demokrat və Zəfər partiyalarının 2, Böyük Birlik, Demokratik Bölgələr, Demokratiya və Sıçrayış, Səadət, Yenilik partiyalarının 1 mandatı var, 5 deputat partiyasızdır.
Ukrayna parlamenti – Ali Radada hakim Xalq Xidmətçisi Partiyasının 243 mandatı var.
Müxalif Platforma Partiyası 44, Avropa Həmrəyliyi Partiyası 27, Batkivşina Partiyası 25, Gələcək Uğrunda Partiyası 21, Səs Partiyası və “İnam” bloku 20 mandatla təmsil olunur, 23 deputat fraksiyalara daxil deyil.скачать dle 12.1