Bia.Az

DÖVLƏTİMİZİN HUMANİST SİYASƏTİ DAVAMLIDIR – xalqımız amnistiya aktını minnətdarlıqla qarşıladı

Siyasət
 16-11-2021, 16:09     1 146

“Ölkəmizdə verilən əfv sərəncamları və amnistiya aktlarının sayı, əhatə dairəsi dövlət rəhbərliyinin – cənab Prezident və xanım Birinci Vitse-prezidentin genişmiqyaslı humanistliyinin göstəricisidir. Xalqımız belə qərarları yüksək dəyərləndirir və sonsuz minnətdarlığını ifadə edir.”

Bu sözləri Zəfər Günü ilə bağlı imzalanaraq 17 min məhbusa şamil olunan amnistiya aktını şərh edərkən MƏQAM MEDİA GROUP-un təsisçisi Qorxmaz Heydərov söyləyib.

O bildirib ki, sözügedən qərar erməni faşizmi üzərində möhtəşəm Zəfərin ildönümü münasibətilə çox böyük töhfədir və cəzalarına xitam verilən, yaxud həbs müddəti azaldılan, digər inzibati sanksiyalar, məhdudiyyətlərdən qurtulan şəxslərin özləri, qohum-əqrabaları, bütün Azərbaycan xalqının ölçüyəgəlməz sevinci ilə qarşılanıb:

“İndiyədək möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə 4 amnistiya aktı verilib ki, bundan 40412 nəfər bəhrələnib. Dövlətimizin başçısı tərəfindən 5672 nəfərə şamil olunan 35 əfv sərəncamı imzalanıb, digər çoxsaylı humanist addımlar atılıb. Bu, ilk növbədə Vətən savaşı, sonrakı quruculuq dövrlərinə qatılmaq imkanını əldən verənlər üçün yaxşı fürsətdir. Həmin sənədlərin təsiri ilə azadlığa qovuşanlar gec də olsa, vətənə, xalqa, dövlətçiliyə xidmətləri ilə özlərini doğrultmağı bacarmalıdırlar”.

Qorxmaz bəy vətəndaşları qanunlara ciddi riayət etməyə, Allahın bəxş elədiyi faili-muxtar ömrün, azadlığın qədrini bilməyə də səsləyib: “Biz bir latın məsəlində deyildiyi kimi, şahın qanun deyil, qanunların şah olduğu bir məmləkətdə yaşayırıq. Cinayətlərin, qayda pozuntularının əksəriyyəti insanın nəfsinə məğlubiyyəti üzündən baş verir. Dövlətin, başqasının əmlakına xor baxmaq olmaz, ümumxalq, ümumcəmiyyət maraqlarını şəxsi mənafedən üstün tutmaq lazımdır.”

Xatırladaq ki, hazırkı amnistiya aktı 4 bölmə, 45 hissədən ibarətdir. Ədliyyə Nazirliyinin məlumatına görə, Birinci bölmədə akt şamil edilən şəxslərin siyahısı, ikinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü bölmədə aktın qüvvəyə minməsi, dördüncü bölmədə isə icra prosesi göstərilir. Bütün statistik məlumatlar tədqiq olunub, amnistiya 5800 məhkuma, probasiya üzrə isə 8800 nəfərə şamil edilib. 6 yeniyetmədən ikisi azadlığa buraxılacaq, 4-nün cəzası azaldılacaq. 2020-ci ildə pandemiya şəraitində ölkə başçısının sərəncamına əsasən, 65 yaşdan yuxarı 176 nəfər əfv edilib. Azadlığa çıxan məhkumların cəmiyyətə adaptasiyası məsələsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğul olur.

Qurban Məmmədliскачать dle 12.1