Bia.Az

“PAPİKYAN MÜVƏQQƏTİ TƏYİN OLUNUB” - “Müdafiə Nazirliyində çoxlarının “kəlləsi gedəcək””

Siyasət
 16-11-2021, 12:01     252

Xəbər verildiyi kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün gözlənilmədən Müdafiə naziri Arşak Karapetyanın vəzifəsindən azad edilməsi məsələsini Prezident Armen Sarkisyanın qarşısında qaldırıb və onu istefaya göndərərək, yerinə yaxın silahdaşı və dünənə kimi Baş nazirin müavini vəzifəsini daşıyan, orduya, hərb sahəsinə heç bir aidiyyatı olmayan Suren Papikyanı təyin edib.

Paşinyan bu addımını ötən gün keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasında son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən və erməni ordusunun necə miskin durumda olduğunu bir daha üzə çıxaran hadisələrlə əlaqələndirib. 

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında Paşnyanın yeni nazir təyinatının pərdəarxasıyla bağlı maraqlı məlumatlar dərc edilib. Belə ki, “Joqovurd” qəzeti hökumətdəki mənbələrinə istinadla Suren Papikyanın Müdafiə naziri vəzifəsinə müvəqqəti təyin olunduğu yazıb. Qəzet bildirir ki, Paşinyan Papikyanı nazirlikdə nə baş verdiyini ayırd etmək üçün təyin edib: “Hökumətdəki mənbələrimizin məlumatına görə, Paşinyan Papikyanı bir məqsədlə təyin edib – hərbi idarədə nə baş verdiyini anlamaq üçün. Məsələ ondadır ki, nazirliyin daxilində didişmə gedir. Hərbi məmurlar bu və ya digər iş üçün məsuliyyəti bir-birilərinin üzərinə atmaqla, bir-birilərini rəhbərliyə satmaqla məşğuldurlar...”
Qəzet yazır ki, Paşinyan Müdafiə Nazirliyini yaxşıca “silkələmək” niyyətindədir və nəticədə “çox kəllələrin gedəcəyi” gözlənilir. Bu sıraya Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və daha bir neçə general da daxildir.

Ermənistanın “Past” qəzeti də sözügedən məlumatı təsdiqləyib və yazıb ki, tək nazir dəyişikliyi ilə iş yekunlaşmayacaq, ümumilikdə nazirlik və Baş Qərargah rəhbərliyində radikal dəyişikliklər ediləcək. 
Göründüyü kimi, Ermənistanda hamı erməni dövlətinin, ordusunun və cəmiyyətinin düşdüyü rəzil vəziyətə görə məsuliyyəti bir-birinin üzərinə - Paşinyan Müdafiə nazirinin, nazir Baş Qərargah rəisinin, o da generalların üstünə atır. Paşinyan isə guya ordudakı başıpozuqluğa, fərariliyə, qorxaqlığa görə məsul olan şəxsləri müəyyən etməyə çalışır. Ancaq yəqin özü də gözəl anlayır ki, günah hansısa ayrıca götürülmüş nazirlikdə, generalda, komandirdə yox, təmsil etdiyi millətin qanındadır...скачать dle 12.1