Bia.Az

ADR Partiyası nazirliyə üz tutdu

Siyasət
 14-11-2021, 14:30     226

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə rəsmi müraciət edib. Sənədlər nazirliyə noyabrın 11-də təqdim olunub.

Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda ölkədə 58 siyasi partiyanın dövlət qeydiyyatı var.

Novator.az bildirir ki, ADR Partiyasının təsis qurultayı oktyabrın 17-də internet vasitəsilə keçirilib. 2015-ci ildən fəaliyyət göstərən Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın nizamnamə və proqramı qəbul edilib, Mərkəzi Nəzarət-Təftiş Komissiyası, Ali Məclisi formalaşıb, Qubad İbadoğlu partiya sədri seçilib.

Noyabrın 11-də açıqlama yayan Qubad İbadoğlu qeyd edib ki, ADR Partiyası Ali Məclisinin toplantısına hazırlıq gedir: “Noyabrın 21-də Ali Məclis üzvləri partiyanın İdarə Heyətini seçəcək, idarəetmə strukturlarını formalaşdıracaq”.

Qubad İbadoğlu 1971-ci il sentyabrın 12-də doğulub. İqtisad elmləri namizədidir. Uzun illər Müsavat Partiyasının rəhbərliyində təmsil olunub.скачать dle 12.1