“Ömrümün ən xoşbəxt günlərindən biri!” - Mehriban Əliyeva + FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan yeni fotolar paylaşıb.
Mehriban Əliyeva “Instagram” hesabında hərbçilərlə birlikdə çəkdirdiyi şəkilləri yayımlayıb.
Birinci vitse-prezident fotolara bu şərhi yazıb: “Ömrümün ən xoşbəxt günlərindən biri! Cıdır düzündə Qələbə bayramının ilk ildönümündə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin cəsur əsgər və zabitləri ilə! Çox sağ olun! Uca Tanrı sizləri qorusun!”