Bia.Az

İlham Əliyev qızıl medallar qazanan idmançılarımızı təbrik etdi

Siyasət
 4-09-2021, 13:36     231

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə növbəti qızıl medalları qazandıran idmançılarımızı təbrik edib.
Dövlətimizin başçısı bununla bağlı tvitterdəki hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Paralimpiyaçılarımız bizi sevindirməkdə davam edir. Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medallarımızın sayı 14-ə çatdı. Qızıl medalçılarımız Lamiyə Vəliyeva və Orxan Aslanovu inamlı qələbələri münasibətilə ürəkdən təbrik edirəm!”.скачать dle 12.1