Bia.Az

İlham Əliyev 39 il sonra Heydər Əliyevin şəkil çəkdirdiyi yerdə

Siyasət
 30-08-2021, 14:03     28

Azərbaycan Prezidenti İlham Əliyevin 39 il əvvəl ulu öndər Heydər Əliyevin şəkil çəkdirdiyi fotosu yayılıb. 

Fotonu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Instagram” hesabının “hekayə” bölümündə paylaşıb. 
Heydər Əliyev bu fotonu 1982-ci ilin iyulunda Şuşaya səfəri zamanı çəkdirmişdi. 
Dünən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində azadlığa qovuşan Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılış mərasiminə qatılıb.
Prezident İlham Əliyev bu gün Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində bu fikirləri səsləndirib:
“Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif poeziya günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki, hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq”.скачать dle 12.1