Bia.Az

İlham Əliyev Paralimpiya Oyunlarında qızıl medal qazanan idmançılarımızı təbrik etdi

Siyasət
 28-08-2021, 12:04     16

Prezident İlham Əliyev “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qızıl medallar qazandıran idmançılarımızı təbrik edib. 
Dövlət başçısı bununla bağlı “Twitter” hesabında paylaşım edib.
“Milli Paralimpiya komandamızın üzvləri – Şəhanə Hacıyeva, Vüqar Şirinli və Raman Salehi “Tokio-2020” Yay Paralimpiya Oyunlarında ölkəmizə qələbə sevincini yaşatdıqlarına görə ürəkdən təbrik edir, onlara və komandamızın digər üzvlərinə bundan sonra da yalnız uğurlar arzulayıram!” - İlham Əliyev qeyd edib.скачать dle 12.1