Bia.Az

Polis rəisi toylarla bağlı işdən çıxarıldı

Siyasət
 11-08-2021, 12:30     210

Cəlilabad rayon Polis İdarəsinin rəisi, polis polkovniki Mübariz Quliyev rayonda karantin qaydalarının pozulmasına görə vəzifədən azad edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün öncə rayonda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində karantin rejimi qaydalarının pozulması aşkarlanıb.

DİN rəhbərliyinin tapşırığı ilə aparılan araşdırma zamanı həmin şadlıq sarayının sahibi ilə polis rəisinin yaxın münasibətlərinin olduğu müəyyən edilib. Məhz  buna görə də M.Quliyevin karantin rejiminin pozulmasına göz yumduğu bildirilir.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Mübariz Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.скачать dle 12.1