Bia.Az

Ərdoğan: "Ən önəmlisi Azərbaycandır, "Amfibiya" da gəlsə..."

Siyasət
 5-08-2021, 10:26     191

“Bu gün qardaşım İlham Əliyevlə telefon danışığımız oldu. Bir “Amfibiya” təyyarəsini göndərəcəyini bildirdi”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O yanğınların söndürülməsində və yayılmasının qarşısının alınmasında Azərbaycanın ilk gündən öz dəstəyini əsirgəmədiyini söyləyib:

“Bizə dəstək olan hər bir dövlətə təşəkkür edirəm. Burada ən önəmlisi Azərbaycandır. Hazırda bir yanğınsöndürmə helikopteri və çox sayda heyəti ilə ölkəmizdə yanğınla mübarizə aparırlar. “Amfibiya” təyyarəsinin də gəlməsi ilə bərabər, yanğınsöndürən təyyarələr məsələsi daha yaxşı xidmət etmiş olacaq”.скачать dle 12.1