Bia.Az

JİRİNOVSKİNİN “VİCDAN ASQIRTISI”... – Millət vəkilinin yazısı

Siyasət
 1-08-2021, 12:02     178

Sərsəm fikirlərin və nadanlığın bircə effekti var - bumeranq effekti...
Jirinovski başda olmaqla həqiqəti dananlar kölə vəziyətinə düşdülər və düşürlər

Etibar Əliyev, millət vəkiliBismark deyirdi ki, siyasət elm deyil, sənətdir. Böyük alman dövlət xadimi haqldır. Buna görə də bu peşəyə yiyələnmək istəyən minlərlə insan sonradan yanılıb.
Siyasət sənətinə yiyələnmdiyinə görə, Rusiyanın sərsəm siyasətçilərindən biri Jirinovski əsl kəndirbaza çevrilib. Bunu özü də yaxşı bilir. Ağzını açan kimi hamı bilir ki, sarsaqlayacaq.
Ermənilərə züy tutan çoxsaylı siyasətçilər, Qalina Strayvotova, Elena Bonner, Andrey Bitolar tarixin zibilliklərindədirlər. Çünki həqiqəti danırdılar.
Musa Peyğəmbərin bir kəlamı yadıma düşdü: “Əgər siz həqiqəti dərk etsəniz, onda azadlıq qazanacaqsınız. ”
Jirinovski başda olmaqla həqiqəti dananlar kölə vəziyətinə düşdülər və düşürlər. Azərbaycan öz sərkərdəsi, Dövlət xadimi İlham Əliyevin polad iradəsi ilə torpaqlarımızı işğaldan azad etdi. Bu qabiliyyət son 30 ildə dünyanın heç bir dövlət adamında olmayıb.
Xəstə bir millətin 200 illik sərsəm xülyaları alt-üst oldu. Qafqazda böyük təhlükə aradan qaldırıldı. Bu təhlükə ermənilərin özlərinin də ziyanına işləyirdi. 44 günlük Vətən müharibəsi dünya tarixində yeni səhifələr açdı. Dünyanın əksər dövlət başçıları bunu gec də olsa anlamağa başladılar. Ancaq siyasəti kəndirbazlıq sənətinə çevirən Jirinovski kimi tiplər hələ də bunu anlamaq iqtidarında deyillər.
Nəcəf bəy Vəzirov sanki bu ifadəni bunlar üçün deyibmiş: “Nədən ötrü məni axtarırsan, ay hiyləbaz, kəndirbaz, oyunbaz, kəkilbaz? ”
Bu yaxınlarda Fransadan gəlmiş deputatlar erməni barbarlığının şahidi oldular. Onlar 30 il xalqımızın haqında tirajlanmış dezinformasiyaları başa düşdülər. Erməni vəhşiliyi ucbatından kəndlərimiz, şəhərlərimiz viran qoyulub, qəbirstanlıqlar, məscidlər dağıdılıb, bunu görməmək korluqdan və mənəviyyatsızlıqdan xəbər verir.
Dövlətimizin başçısı İlham Əliyevlə xalqın iradəsinin üst-üstə düşməsi muzdur siyasətçiləri qıcıqlandırmaya bilməzdi. Onlar bu möhtəşəm nümunədən narahatdırlar. Bədbəxtlər böyük tarixi şəxsiyyətlərin fikirlərini də bilərəkdən görmürlər.
Rus linqivisti, tarixçisi, filosofu və publisist knyaz “Avrasiya nəzəriyyə”sinin banisi Nikolay Trubetskoy (1890-1938) yazırdı: “ Ermənilərə arxayın olmaq, onlara inanmaq səhvdir. Ermənilər parazit-xalq və mütiliyin bütün cizgilərinə malikdirlər."
Haqlı fikirdir. Erməni parazitizmi və mütiliyi artıq özlərinə tay olan jirinovskiləri də yoluxdurub. Mütərəqqi insanlar başa düşürlər ki, Jirinovskinin avantürası Rusiya ilə Azərbaycan arasındakı dostluq münasibətlərinin zədələnməsinə xidmət edir.
Ölkəmizdə böyük siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulmuş, yeni siyasi konfiqrasiya yaranmışdır. Prezident İlham Əliyevin dərin dövlətçilik təfəkkürü, misilsiz siyasi yetkinliyi, həqiqət carçısı olmağı və dəmir yumuruğu bütün dünyanı heyrətə gətirib.
Əslində dəmir sözü siyasi leksikonda işlənib. “Dəmir kansler (Bismarkın ləqəbi)”, “Dəmir pərdə (ifadə Çörçillə məxsusdur) və s. “Dəmir yumuruq” XXI Əsrin paradiqmasıdır və erməni vəhşiliyinə, erməni terrorizminə qarşıdır, birlik və tükənməz güç rəmzinə çevrilib. Jirinovskilərin canına vəlvələ salan budur.
Lakin sərsəm fikirlərin və nadanlığın bircə effekti var. Bu bumeranq effektidir. Bunu da bilirlər, lakin həyasılıq və abırsılıq artıq mənəviyyatı üstələdiyindən yarınmaq istədikləri barbarlara “vicdan asqırtıları” ilə yardımçı olmağa çalışırlar.скачать dle 12.1