Bia.Az

Rusiya Ticarət Palatasının prezidenti: “Azərbaycan bir çox sahələrdə tərəfdaşdır”

Siyasət
 17-03-2020, 09:29     305

Rusiya Ticarət Palatasının prezidenti: “Azərbaycan bir çox sahələrdə tərəfdaşdır”

“Azərbaycanın MDB-dəki rolu son dərəcə vacibdir. MDB dövlətlər birliyidir və Azərbaycan hər cəhətdən – həm iqtisadiyyat, həm geosiyasi mövqe, həm də bütün proseslərə təsir baxımından onun əsas üzv dövlətlərindən biridir”.

Bunu “Report”un Rusiya bürosunun eksklüziv müsahibəsində Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının prezidenti Sergey Katırin deyib.

“Düşünürəm ki, Azərbaycan daha geniş işləyən və bölgədəki ən böyük və nüfuzlu respublikalardan biridir. Bizim üçün Azərbaycan həmişə bir çox sahələrdə - nəqliyyat, kənd təsərrüfatı, neft sənayesi və s. çalışdığımız tərəfdaşdır”, - o bildirib.

Azərbaycanla birgə layihələr barədə danışan S.Katırin qeyd edib ki, hər şeyi əvvəlcədən planlaşdırmaq çox çətindir, çünki həyat həmişə öz düzəlişlərini edir: “Layihələr barədə əvvəlcədən danışmaq çətindir, çünki hər şey hadisələrin gedişi zamanı olur. Bəzən müəyyən məhdudiyyətlər yaranır. MDB haqqında planlaşdırdıqlarımızı indi reallıqla uyğunlaşmalı, daha sonraya təxirə salmalı oluruq. Təbii ki, MDB Palatalar Rəhbərləri Şurasının iclası keçiriləcək, iştirakçılarından biri də Azərbaycan Ticarət və Sənaye Palatası olacaq. Bundan başqa, biznes forum, Azərbaycanla bir neçə işgüzar missiya və üstəlik regional görüşlərin keçirilməsi planlaşdırılır. Çox ümid edirəm ki, onlar vaxtında baş tutacaq. Amma cari problemlərimizin (koronavirusun yayılması – red.) bəzi düzəlişlər edəcəyini də istisna etmirəm”.скачать dle 12.1