Bia.Az

Ermənistanın belə bir layihəni gerçəkləşdirəcək qabiliyyəti və gücü yoxdur

Siyasət
 23-07-2021, 14:05     183

Avropa İttifaqı Ermənistanın reallaşdırmaq istədiyi Şimal-Cənub dəhlizinin tikintisinə böyük maliyyə vəsaiti ayırsa da, bu dəhlizin tikintisi qeyri-müəyyən olaraq qalmaqdadır. Və  Ermənistanın belə bir layihəni reallaşdırmaq üçünsə nə iqtisadi, nə maddi, nə texniki potensialı, nə də belə bir təcrübəsi var.

“Bununla bağlı  “news.am”  portalında “Власти Армении не способны завершить строительство дороги Север-Юг” (Ermənistan hakimiyyəti Şimal-Cənub yolununun tikintisini  başa çatdırmaq qabliyyətində deyil) xüsusi analitik yazı dərc olunub.

Yazıda qeyd olunur ki,  Ermənistan Şimal-Cənub yolunun tikintisi üçün xarici ölkələrədən milyonlarla dollar kredit alsa da, yolun tikintisinin başa çatdırılması sual altındadır.

Avropa İttifaqı Ermənistana 6 istiqamət üzrə və bu istiqamətin biri də Sisian-Aqarak yolunun tikintisi olmaqla 2,6 mlrd Avro həcmində maliyyə yardımı ayırmağı bəyan edib. Aİ bu yolun tikintisinə 600 mln Avro vəsait ayrımağı planlaşdırır ki, bu da ölkənin iqtisadiyyatına  və infrastrukturuna ciddi təsir edə bilər.

Məqalədə qeyd olunur ki, 2012-ci ildə 556 km-li Şimal-Cənub yolunun tikintisi 962 mln dollar dəyərləndirilib. Həmin vəsaitin 500 mln dollarını Asiya Bankı, 115 mln dollar Ermənistan, 72 mln avro  Avropa İnvestisiya Bankı, 100 mln avro isə Avropa İnkişaf bankı tərəfindən ayrılmalı idi.

2017-ci ildə isə Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri  Vaan Martirosyan açıqlamasında  bəyan edib ki, yolun tikintisini başa çatdırmaq üçün 2 mlrd dollar  vəsait lazım olacaq. Məhz bu açıqlamadan sonra yolun iqtisadi məqsəduyğunluluğunu şübhə altına aldı.

İran-Ermənistan arasında dəmiryol tikintisi üçünsə müxtəlif rəqəmlər  2,5-3 mlrd dollar səsləndirilir.  Ancaq bütün bunlara baxmayaraq, Şimal-Cənub dəhlizi nə Gürcüstan, nə də İran tərəfi ilə razılaşdırılmayıb. Bütün bu və digər məsələlər, xüsusən də Ermənistanın dövlət borcunun artdığı  bir məqamda öz vəsaiti hesabına belə bir layihəni reallaşdırma ehtimalı çox azdır. Hətta Aİ-nin ayıracağı 600 mln avro vəsait problemi qismən həll edə bilər, lakin erməni tərəfinin bu cür genişmiqyaslı tikinti layihələrini həyata keçirməsi olduqca şübhəlidir. Digər tərəfdən isə Ermənistan belə layihələri həyata keçirə biləcək tikinti şirkətləri mövcud deyil. Ermənistan hökuməti öz növbəsində bütün işləri vaxtında yerinə yetirmək üçün kifayət qədər bacarıq və təcrübəyə malik deyil.скачать dle 12.1