Bia.Az

Zakir Həsənov komandir-rəis heyətinə göstəriş verdi

Siyasət
 19-07-2021, 11:48     191

Azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyəti təhlil edən müdafiə naziri general-polkovnik Zakir Həsənov gərginliyin artırılmasına görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
"Bunu Z.Həsənov keçirdiyi xidməti müşavirədə bəyan edib.
Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.
Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z.Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.скачать dle 12.1