Bia.Az

“BÜTÜN İMKANLARIMIZLA CAN QARDAŞLARIMIZIN YANINDAYIQ...” - "Bu, tarixi addımdır"

Siyasət
 25-06-2021, 11:01     214

"Qafqaz bölgəsində sülhün və sabitliyin təmin edilməsi üçün böyük səylər göstəririk. Azərbaycan öz torpağı olan Qarabağı Ermənistanın işğalından qurtarandan sonra qurulan ortaq Mərkəzin fəaliyyəti Rusiya ilə koordinasiyalı şəkildə davam edir”, - Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Hulusi Akar bu gün Etimesgut hərbi sursat zavodunda lazerlə hədəfə yönləndirilən aviabombanın (Hassas Güdüm Kiti-82) Türkiyə ordusuna təhvil verilməsi mərasimində çıxışı zamanı Qarabağdan da danışıb.

Müdafiə naziri deyib: “İyunun 15-də Türkiyə ilə Azərbaycan arasında birliyin, qardaşlığın və ortaq gələcək hədəflərimizin nümayişi olaraq Şuşa Bəyannaməsi prezidentimiz və Əliyev tərəfindən imzalandı. Bu, tarixi addımdır. Bu, həqiqətən bizim onsuz da var olan bağlarımızı da bir daha əyani şəkildə göstərən sənəd olaraq ortaya çıxıb. Artıq Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı düşünüləbilməz səviyyədə gəlib çatıb. Bu bəyannamə eyni zamanda bölgədə davamlı sülh və sabitlik üçün fürsətdir. Prezidentimizin və Əliyevin uzatdığı sülh və barış əlini tutmalı, bu fürsəti düzgün dəyərləndirməliyik. Türkiyə bütün imkanları ilə tək millət, iki dövlət olduğumuz, can qardaşımız Azərbaycanın yanında olmaqda davam edəcək”.



скачать dle 12.1