Bia.Az

PAŞİNYAN TƏKBAŞINA HÖKUMƏT QURACAQ - “Ən azı 71 deputatımız olacaq”

Siyasət
 21-06-2021, 12:06     208

Ermənistandakı növbədənkənar parlament seçkisinin nəticələrinə görə 54 faizə yaxın səs toplayan Nikol Paşinyanın “Vətəndaş razılaşması” partiyası ölkənin yeni parlamentində konstitusiya çoxluğuna malik olacaq.

“AzPolitika.İnfo” xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində paylaşım edən Paşinyan ən azı 71 deputat yerinə sahib olacaqlarını deyib: “MSK tərəfindən yayımlanan ilkin nəticələrə görə, "Vətəndaş razılaşması" partiyası yeni seçilmiş parlamentdə konstitusiya çoxluğuna sahib olacaq (105 deputatdan ən azı 71 nəfər) və mənim rəhbərliyim altında hökumət quracaq".

Siyasi təhlilçilər doğrudan da Ermənistan konstitusiyasının tələb olunan 54 faizdən cəmi 0.08 faiz az səs yığan Paşinyanın partiyasının təkbaşına hökumət formalaşdırmaq hüququnu tanıdığını bildirirlər. Çünki 54 faiz tələbi parlamentə ən azı 3 blokun keçməsi şərtilə keçərlidir. İndiki seçkinin nəticələrinə görə isə nə Serj Sarqsyanın, nə də digərlərinin seçki blokları tələb olunan 7 faizlik həddi keçə bilməyiblər. Bunun da nəticəsi olaraq, Paşinyanın partiyası 105 deputat yerindən ən azı 71-nə sahib çıxacaq ki, bu da yeni hökuməti formalaşdırmaq üçün tam yetki vermiş olur.скачать dle 12.1