Bia.Az

"Koçaryan hakimiyyəti zəbt etsə, dərhal Laçın dəhlizində sərhəd qoşunlarını yerləşdirməliyik"

Siyasət
 20-06-2021, 18:15     210

Ermənistanda cinayətkar Koçaryan hakimiyyəti ələ keçirsə - onun seçki yolu ilə hakimiyyətə gəlməsi qeyri-mümkündür. Ancaq rusun silahı ilə hakimiyyəti zəbt edə bilər. 2008-ci ildə həmin bu Koçaryan Putinin köməyi ilə Sarkisyanı qırğın salmaqla hakimiyyətə gətirdi. İndi həmin senariyə uyğun Koçaryan özünü hakimiyyətə gətirmək istəyir. 
Belə olan təqdirdə Azərbaycan dərhal Laçın dəhlizində Ermənistanla sərhəddə sərhəd qoşunlarını yerləşdirməlidir. Çünki Koçaryan Putinin dəstəyi ilə bu dəhlizdən Ermənistan ordusu və müasir silahları Xankəndi və ətrafına daşıtdracaq. Şuşanın sərhəddinin azı yarısı erməni silahlı qüvvələrinin mühasirəsində olacaq. Buna qəti sürətdə yol vermək olmaz. Bu boyda çəkilmiş əziyyətlər, tökülmüş qanlar hədər getmək təhlükəsi altında ola bilər. 
İlk növbədə Azərbaycan hakimiyyəti zəbt etmiş Koçaryanı rəsmi tanımamalıdır.
 
İkincisi, Ermənistana Azərbaycan vətəndaşları olan ermənillərin adından danışmağa qadağa qoymalıdır və heç bir məsələ müzakirə olunmamalıdır. 
Mən düşünmürəm Paşinyan asanlıqla Koçaryana hakimiyyəti zəbt etməyə imkan verəcək. Ancaq hazır olmalıyıq.
 
Rəsul Quliyev, eks-spikerскачать dle 12.1