Bia.Az

"Seçkilərdən sonra Ermənistanda sarsıntılar olmayacaq” - Paşinyandan proqnoz...

Siyasət
 19-06-2021, 12:35     43

“Proqnozum budur ki, seçkilərdən sonra xüsusi sarsıntılar olmayacaq. Mitinqlər ola bilər. Və biz də 21 iyun tarixində vətəndaşları mitinqə dəvət etdik. Seçkilərin nəticələri saxtalaşdırılmayacaq. Seçki nəticələrinin saxtalaşdırılmadığı yerdə seçkidən sonrakı proseslər ola bilməz ”. 

Moderator.az xəbər verir ki, “ArmenianReport”un yaydığı məlumata görə, bunu Ermənistan baş nazirliyinə namizəd, hazırda baş nazir vəzifəsini icra edən N.Paşinyan söyləyib. 
Paşinyana görə, seçkilərdə Ermənistan vətəndaşı qərar verəcək və ondan başlayaraq hər kəs bununla barışmalıdır. 
 
“Bəli, Ermənistanda ölkələrini qarşıdurmalara və vətəndaş müharibəsinə aparmağı qarşısına vəzifə qoyan siyasi qüvvələr var. Bunlar  o qüvvələrdir ki,  seçkiləri daima saxtalaşdırıblar, 27 oktyabr terror hücumunu,  1 mart 2008-i təşkil ediblər”-deyə Paşinyan bildirib.
 
Paşinyan müxalifətin hakimiyyət tərəfindən inzibati resurslardan istifadəsi və planlaşdırılan saxtakarlıqlarla bağlı fikirlərini "absurd" ifadələr kimi də xarakterizə edib.

“Hakimiyyət seçkiləri saxtalaşdırmağa hazırlaşırsa, müxalifət təmsilçiləri seçki rüşvətini necə paylayır və buna görə həbs olunurlar?” –deyə o, sual edib."İctimai rəyə görə, Ermənistanda məhkəmə sistemi də indi hakimiyyətin nəzarəti altında deyil və o, böyük ölçüdə köhnə iqtidar mənsubları tərəfindən idarə olunur "-  Paşinyan əlavə edib.

Xatırladaq ki, Ermənistanda erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Seçkilərdə 21 partiya və 4 blok iştirak edir.
 
Sultan Laçınскачать dle 12.1